Nokia 7210 Supernova - Sizin cihaz haqqında

background image

Sizin cihaz haqqında

Bu təlimatda təsvir edilmiş simsiz cihaz burada istifadə üçün təsdiq edilmişdir GSM

900, 1800 və 1900 MHz şəbəkələri. Şəbəkə haqqında daha ətraflı məlumat əldə etmək

üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Bu cihazdakı funksiyalardan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif

hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni

hüquqlarına hörmət edin.
Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng signalları melodiyalarının

və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya

köçürülməsinə mane ola bilər.
Cihazınızda üçüncü tərəf internet saytları üçün əvvəlcədən qurulan əlfəcinlər və

bəndlər ola bilər. Həmçinin cihazınız vasitəsilə üçüncü tərəf saytlara daxil ola bilərsiniz.

Üçüncü tərəf saytlar Nokianın himayəsində deyil və Nokia onlara görə məsuliyyət

daşımır. Əgər belə saytlara daxil olmaq istəsəniz təhlükəsizlik və ya tərkib üçün ehtiyat

tədbirlərini həyata keçirməlisiniz.

Xəbərdarlıq: Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi

üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə

telefonu işə salmayın.
Telefonun yaddaşında saxladığınız bütün zəruri məlumatın rezerv surətlərini çıxarmağı

və ya yazılı qeyd etməyi unutmayın.
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun

istifadə təlimatını oxuyun. Uyğun olmayan məhsulları qoşmayın.